Lukaşenko: “Belarusun dostu yoxdur”
"Mənim ifadəmə diqqət yetirin: dünyada bizim dostumuz yoxdur", - Lukaşenko çıxışında bildirib.
Belarus lideri ölkədəki ictimai-siyasi vəziyyət haqqında danışacaqları çox şey olduğunu, ancaq bunun zamanla ediləcəyini söyləyib.
Bundan əvvəl isə Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən başqa dostunun olmadığını etiraf etmişdi.
Xatırladaq ki, Belarusda ötən ilin avqustunda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, Aleksandr Lukaşenko qalib elan edilib. Bundan sonra ölkədə kütləvi etiraz aksiyalarına başlanılıb. Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya ölkədə hakimiyyətin ötürülməsinə kömək məqsədilə müxalifətin Koordinasiya Şurasının yaradıldığını elan edib. Digər tərəfdən, Lukaşenko etirazlara görə Qərb ölkələrini günahlandırıb və şura üzvlərinə qarşı cinayət işinin açılmasını tələb edib. Belarusdakı hadisələr fonunda bir çox Qərb ölkələri Lukaşenkoya qarşı çıxaraq, onun qələbəsini tanımayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Belarus







Vaxtında, Aydın, Lazımlı!


