İrəvanda polislə etirazçılar arasında qarşıdurma: Saxlanılanlar var
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, prezident iqamətgahının xidmət girişinə aparan Zurabyan küçəsində polislə etiraz aksiyasının iştirakçıları arasında qarşıdurma olub.
Məlumata görə, polislə toqquşmada bir nəfər xəsarət alıb. Hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə etirazçını saxlayıb. Hələlik saxlanılan şəxslərin sayı məlum deyil.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, hazırda prezident Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında prezident iqamətgahında görüş keçirilir.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


