Tovuzda iki evdə yanğın olub

Tovuzda iki evdə yanğın olub
  13 Mart 2021    Oxunub:1595
Tovuz rayonunda iki evdə yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu, yaxınlıqda ümumi sahəsi 24 m² olan birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə və ümumi sahəsi 24 m² olan digər birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə yanıb.

Hər iki evin, köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Tovuz   Ev   Yanğın  





Xəbər lenti