Sarkisyan Paşinyandan sonra onunla danışıqlar apardı

Sarkisyan Paşinyandan sonra onunla danışıqlar apardı
  13 Mart 2021    Oxunub:1941
Ermənistan prezidenti Armen Sarkisyan siyasi məsləhətləşmələr çərçivəsində hakim "Mənim addımım" parlament fraksiyasının rəhbəri Lilit Makuntsu qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Görüşdə daxili siyasi vəziyyət, mövcud böhrandan çıxmağın yolları müzakirə olunub. Siyasi qüvvələr arasında dialoqun və erkən parlament seçkilərinin keçirilməsi məsələsində qarşılıqlı anlaşmanın vacibliyi qeyd edilib.

Xatırladaq ki, daha əvvəl prezident ölkədəki vəziyyəti baş nazir Nikol Paşinyanla müzakirə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArmenSarkisyan  



Xəbər lenti