“France Inter” radiosunda Qarabağla bağlı veriliş yayımlandı
Elşən evlərini tərk etmələrindən, kiçik bacısının ölümündən, həmin qorxulu gündə müvəqqəti məktəb binasında sığınacaq tapmalarından, sonra Mingəçevirdəki köçkün düşərgəsində məskunlaşmalarından söz açıb. Atasına “Niyə Mingəçevirdə ev tikmirik” sualı verən Elşən bir cavab alırmış: “Tezliklə Qarabağa, evimizə qayıdacağıq”.
Bildirilir ki, Azərbaycan Ordusunun qələbəsindən sonra indi Elşən tezliklə doğma evlərinə qayıtmağı gözləyir.
Qeyd edilib ki, Strasburq Siyasi Elmlər İnstitutunda təhsil alan Elşən Lyonda elmi tədqiqatlarını davam etdirib. Sonra doğma Vətəninə qayıdıb və hazırda Bakıda ailəsi ilə birlikdə yaşayır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


