Türkiyədə gündəlik yoluxma sayı 15 mini keçdi

   Türkiyədə gündəlik yoluxma sayı 15 mini keçdi
  14 Mart 2021    Oxunub:1662
Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 15 082 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 866 012, pandemiya qurbanlarının sayı isə 29 421 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 685 560 pasiyent (son sutkada 15 287 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti