İstanbulda girov saxlanılan 101 əcnəbi azad edildi

 İstanbulda girov saxlanılan 101 əcnəbi azad edildi
  14 Mart 2021    Oxunub:3388
Türkiyənin İstanbul şəhərində genişmiqyaslı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İstanbulun Silivri və Böyükçekmece rayonlarında icarəyə götürülən 9 villada girov saxlanılan 101 əcnəbi vətəndaş azad edilib.

Məlum olub ki, onların 95-i Çin, 4-ü Qazaxıstan, 2-si isə Türkmənistan vətəndaşıdır. Həmin şəxslərin kompüter mühəndisi və proqramçı olduqları bildirilir.

Onlar saxta kriptovalyuta satmaqda şübhəli bilinən 18 nəfər Çin vətəndaşı tərəfindən villalara gətirilərək girov saxlanılıblar.

Girov saxlanılan şəxslər ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   İstanbul  



Xəbər lenti