Bakıda 3 nəfər köməksiz vəziyyətdə qaldı

Bakıda 3 nəfər köməksiz vəziyyətdə qaldı
  14 Mart 2021    Oxunub:2454
Bakı şəhərinin Nəsimi rayonunda 2-si azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Mənzil   Kömək  





Xəbər lenti