Koronavirusa yoluxanların sayı 120 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 120 milyonu keçdi
  14 Mart 2021    Oxunub:3213
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 120 milyon nəfəri ötüb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 120 milyon 57 min 630-a çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 659 min 836 nəfərdir.
İndiyədək 96 milyon 589 min 358 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 89 min 312 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutkada 492 351 nəfər koronavirusa yoluxub, 9689 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti