“Boko Haram” hərbçilərə hücum etdi - 19 ölü, xeyli yaralı var
Nigeriya ordusunun sözçüsü Məhəmməd Yerima insident zamanı çox sayda hərbi qulluqçunun yaralandığını bildirib.
Qeyd edək ki, "Boko Haram" terror qruplaşması Nigeriyada 2000-ci ildən fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan terror təşkilatının qurbanı olub. Qruplaşma 2015-ci ildən qonşu Kamerun, Çad və Nigerdə də hücumlar təşkil edir. Çad gölü bölgəsində edilən hücumlar nəticəsində ən azı iki min nəfər ölüb. Yüz minlərlə insan terror hücumlarından qaçmaq üçün Nigeriyadan köç etmək məcburiyyətində qalıb.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


