Ötən il 65 jurnalist qətlə yetirilib

   Ötən il 65 jurnalist qətlə yetirilib
  14 Mart 2021    Oxunub:2211
2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib, bu da 2019-cu il ilə müqayisədə 17 nəfər çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Jurnalistlərin Beynəlxalq Federasiyası təşkilatı məlumat yayıb.

Bildirilib ki, ötən il jurnalistlər üçün ən təhlükəli ölkə Meksika və Əfqanıstan olub. İl ərzində hər iki ölkədə 10 jurnalist qətlə yetirilib. Pakistan, Hindistan və Suriya da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına salınıb.

Təşkilatın hesablamalarına əsasən, 1990-ci ildən bu günə qədər dünyanın müxtəlif yerlərində 2680 nəfər jurnalist qətlə yetirilib.

Azvision.az


Teqlər: Jurnalist   Qətl  



Xəbər lenti