Ukraynada 50 mindən çox şəxs peyvənd olunub

Ukraynada 50 mindən çox şəxs peyvənd olunub
  14 Mart 2021    Oxunub:1750
Ukraynada indiyə qədər 51 137 nəfər koronavirus əleyhinə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin "Coronavirus.info" Telegram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, son bir gündə 3596 nəfər vaksin qəbul edib. Ölkədə hələlik peyvəndləmənin ilkin mərhələsi həyata keçirilib.

Qeyd edək ki, Ukraynada 1 460 756 nəfər koronavirusa yoluxub. Onlardan 1 222 516 xəstə sağalıb, 28 303 nəfər virusun qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti