İranda daha 88 nəfər virusun qurbanı oldu

İranda daha 88 nəfər virusun qurbanı oldu
  14 Mart 2021    Oxunub:2655
İranda son sutka ərazində koronavirusa 7593 nəfər yoluxub, 88 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 746 953, ölənlərin sayı isə 61 230-a çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3831 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 492 488 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti