Almaniyada bir gündə 10 mindən çox yoluxma olub

Almaniyada bir gündə 10 mindən çox yoluxma olub
  14 Mart 2021    Oxunub:1626
Almaniyada son sutka ərzində koronavirusa 10 790 yoluxma faktı qeydə alınıb, 70 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, Almaniyada virusa yoluxanların ümumi sayı 2 569 245-ə çatıb. İndiyədək koronavirusdan 73 371 nəfər ölüb, 2,3 milyondan çox xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   virus  



Xəbər lenti