Türkiyədə terrorçuların sığınacaqları məhv edildi

Türkiyədə terrorçuların sığınacaqları məhv edildi
  14 Mart 2021    Oxunub:2932
Türkiyə Silahlı Qüvvələrinin ölkənin şərqində yerləşən Tunceli vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus 5 sığınacaq məhv edilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Eren-7 Mercan Munzur" əməliyyatı Xozat rayonunun yaxınlığında aparılıb. Nəticədə beş terrorçu sığınacağı aşkar edilərək dağıdılıb.

Sığınacaqlarda axtarış zamanı bir çox qida məhsulları və yaşayış üçün lazım olan digər vasitələr aşkarlanıb. Bölgədə terrorla mübarizə əməliyyatı davam edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   terror  



Xəbər lenti