Rusiya azərbaycanlının qatilini Ermənistana təhvil verdi

 Rusiya azərbaycanlının qatilini Ermənistana təhvil verdi
  15 Mart 2021    Oxunub:3428
Rusiyada azərbaycanlını qətlə yetirən Ermənistan vətəndaşı Armen Arekelyan ölkəsinə təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Artur Daşyan "news.am"a məlumat verib.

18 il müddətinə azadlıqdan məhrum edilmiş cinayətkar 6 il Murmansk həbsxanasında cəza çəkib. O, cəzasının qalan 12 ilini Ermənistanda çəkməli olacaq.

Qeyd edək ki, Arekelyan 2014-cü ildə Murmanskda yerləşən kafelərdən birində azərbaycanlını qətlə yetirib.

Azvision.az


Teqlər: Ermənistan   Rusiya  



Xəbər lenti