Dünyada koronavirusla bağlı son vəziyyət - Statistika

 Dünyada koronavirusla bağlı son vəziyyət -  Statistika
  15 Mart 2021    Oxunub:3279
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 120 milyon 415 min 067 nəfərə çatıb.                           
               
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 665 min 226 nəfərdir. İndiyədək 96 milyon 964 min 859 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.   
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 081 657 nəfər virusa yoluxub, 547 234 pasiyent dünyasını dəyişib.                    
                   
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 483 370 nəfərdə virus aşkar edilib. Xəstələrdən 278 327 nəfəri həyatını itirib.      

Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 385 339 yoluxma qeydə alınıb. Onlardan 158 762 nəfəri vəfat edib.                    

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 390 608 yoluxma, 92 090 ölüm faktı qeydə alınıb.                    
                   
Siyahıda beşinci olan  Böyük Britaniyada 4 258 438 nəfər virusa yoluxub ki, onlardan 125 516-sı ölüb.                    
                   
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.                    
                   
Aytən Zəhra                               
Azvision.az



Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti