Dünyada koronavirusla bağlı son vəziyyət - Statistika
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 665 min 226 nəfərdir. İndiyədək 96 milyon 964 min 859 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 483 370 nəfərdə virus aşkar edilib. Xəstələrdən 278 327 nəfəri həyatını itirib.
Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 385 339 yoluxma qeydə alınıb. Onlardan 158 762 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 390 608 yoluxma, 92 090 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 258 438 nəfər virusa yoluxub ki, onlardan 125 516-sı ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


