Reabilitasiya müəssisələrində yeni sistem tətbiq olunacaq

Reabilitasiya müəssisələrində yeni sistem tətbiq olunacaq
  15 Mart 2021    Oxunub:2821
Reabilitasiya müəssisələrinin idarəedilməsi üçün hazırlanan alt sistem test rejimində fəaliyyət göstərir.
Bunu Azvision.az -a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib. Onun sözlərinə görə, sistem sınaqdan keçirildikdən sonra bütün müəssisələrdə tətbiq olunacaq.

"Reabilitasiya müəssisələrindəki bütün tibbi, psixoloji müayinə ilə bağlı məlumatlar bu sistemdə öz əksini tapacaq. Sistem fəaliyyətə başladıqdan sonra reabilitasiya müəssisəsində baş verən proseslərin qeydiyyatı orada aparılacaq. Xəstənin növbəyə yazılması, müəssisəyə daxil olması, həkimin qəbulunda olması, müayinələrinin nəticələri, prosedurların tətbiqi, dərman təyinatı və s. bütün bunlar sistemdə qeyd ediləcək.

Əvvəllər bunların hamısı xəstəlik tarixlərində yazılırdı. Xəstəyə hər hansı məlumat lazım olduqda gərək bütün xəstəlik tarixçələrinə baxılsın. Elekron sistemdə isə bütün məlumatları avtomatik əldə etməyə imkan verəcək. Bu, bizim hesabatlılığımızı artırır", -deyə Çingiz Hacıyev bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Reabilitasiya   Sistem  






Xəbər lenti