Reabilitasiya müəssisələrində yeni sistem tətbiq olunacaq
"Reabilitasiya müəssisələrindəki bütün tibbi, psixoloji müayinə ilə bağlı məlumatlar bu sistemdə öz əksini tapacaq. Sistem fəaliyyətə başladıqdan sonra reabilitasiya müəssisəsində baş verən proseslərin qeydiyyatı orada aparılacaq. Xəstənin növbəyə yazılması, müəssisəyə daxil olması, həkimin qəbulunda olması, müayinələrinin nəticələri, prosedurların tətbiqi, dərman təyinatı və s. bütün bunlar sistemdə qeyd ediləcək.
Əvvəllər bunların hamısı xəstəlik tarixlərində yazılırdı. Xəstəyə hər hansı məlumat lazım olduqda gərək bütün xəstəlik tarixçələrinə baxılsın. Elekron sistemdə isə bütün məlumatları avtomatik əldə etməyə imkan verəcək. Bu, bizim hesabatlılığımızı artırır", -deyə Çingiz Hacıyev bildirib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Reabilitasiya Sistem







Vaxtında, Aydın, Lazımlı!


