“National Geographic”in paylaşımı erməniləri bir-birinə vurdu

  “National Geographic”in paylaşımı erməniləri bir-birinə vurdu
  15 Mart 2021    Oxunub:3433
Xəbər verdiyimiz kimi, “National Geographic” jurnalı özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb. Paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilib.
Azvision.az -ın məlumatına görə, dünyaca məşhur nəşrin paylaşımı Ermənistanı ciddi narahat etməyə başlayıb.

Erməni KİV-ləri və sosial şəbəkə hesablarında Azərbaycanın informasiya cəbhəsində önə çıxdığı, Ermənistanın isə aciz vəziyyətdə olduğu qeyd edilib.

"Nüfuzlu "National Geographic" jurnalı özünün "İnstagram" səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşaraq Ermənistanın işğalçı, Qarabağın Azərbaycan torpağı olduğunu yazıb. Paylaşımda qeyd edilir ki, Azərbaycanın Cəbrayıl rayonunda yerləşən və XII əsrə aid olan Xudafərin körpüsü İran-Azərbaycan sərhədi boyunca Araz çayının hər iki sahilini birləşdirir. Həmçinin yazıda bildirilir ki, Cəbrayıl uzun illər Ermənistanın işğalda saxladığı Dağlıq Qarabağ ətrafındakı 7 Azərbaycan rayonundan biridir. Rayonun bu yaxınlarda Azərbaycan tərəfindən azad edildiyi vurğulanıb. Bu cür paylaşım Azərbaycan təbliğatının nəticəsidir. Zəif Ermənistan hakimiyyətinin isə başı var gücü ilə hökmranlığını qoruyub saxlamağa qarışıb. Azərbaycan heç bir müqavimət görmədən qələbəsini ən nüfuzlu beynəlxalq, tarixi və mədəni məkanlarda möhkəmləndirir", - deyə erməni KİV-lərində yayılan məlumatda vurğulanıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Xudafərin   Qarabağ   İşğalçı  



Xəbər lenti