DİN-dən Mehman Hüseynovun saxlanılmasına münasibət

 DİN-dən Mehman Hüseynovun saxlanılmasına münasibət
  15 Mart 2021    Oxunub:2227
Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb.
"M. Hüseynovun həmin aparatla hardasa çəkiliş etməsi barədə hazırda hər hansı məlumat yoxdur. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Mehman Hüseynov artıq sərbəst buraxılıb.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti