|
| Azovda həlak olan vətəndaşlarımızın kimlikləri müəyyən edilir |
Nazir bölgədə olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, o cümlədən Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, bu ölkənin hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, Azərbaycanın onilliklər ərzində işğal altında saxlanılan ərazilərində geniş minalanmanı həyata keçirən Ermənistanın hazırda mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi və digər məsələlər barədə həmkarına məlumat verib.
Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirəkərin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.
Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


