Balakəndə mebel sexi yanıb

Balakəndə mebel sexi yanıb
  15 Mart 2021    Oxunub:1593
Balakən rayonunda ümumi sahəsi 2100 m² olan mebel sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: Balakən   Yanğın   FHN  





Xəbər lenti