Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvini tələb edir

 Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvini tələb edir
  15 Mart 2021    Oxunub:2099
Ermənistan parlamentinin "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" müxalifət fraksiyaları hərbi vəziyyətin ləğvi barədə qərar layihəsini müdafiə və təhlükəsizlik komissiyasına təqdim edib.
Azvision.az xəbər verir ki, "Çiçəklənən Ermənistan"dan olan deputat Arman Abovyan iclasda iki fraksiya adından layihəni təqdim edib. O bildirib ki, 27 sentyabrda elan edilmiş hərbi vəziyyətin ləğvini təklif edirlər.

Abovyan de-yure hələ də Ermənistanda qüvvədə olan hərbi vəziyyətin ölkədəki mövcud duruma uyğun gəlmədiyini, siyasi proseslərə mane olduğunu deyib.

Xatırladaq ki, Ermənistanda keçən il sentyabrın 27-də Qarabağdakı müharibəyə görə hərbi vəziyyət elan edilib. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatı imzalamasından sonra parlament hərbi vəziyyəti ləğv etməyib.

Qeyd olunub ki, hərbi vəziyyətin ləğvi müxalifətə baş nazirin istefası prosesini başlatmağa imkan verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti