Qəbələdə regional biznes forum keçiriləcək

Qəbələdə regional biznes forum keçiriləcək
  27 Mart 2013    Oxunub:1328
Növbəti Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu mayın 21-də Qəbələ şəhərində keçiriləcək
AzVision.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, artıq 3-cü dəfədir ki, təşkil ediləcək Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilib.



Teqlər:  





Xəbər lenti