Rusiyada koronavirusdan sağalanların sayı 4 milyonu ötüb

Rusiyada koronavirusdan sağalanların sayı 4 milyonu ötüb
  15 Mart 2021    Oxunub:1660
Rusiyada son sutka ərzində koronavirusa 9437 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 400 045 nəfərə çatıb.

Rusiyada son bir gündə 404 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 92 494 nəfərdir. İndiyədək 4 003 576 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti