Bu həftə əfv gözlənilir: Müraciətlərin yarısına müsbət rəy verilib

 Bu həftə əfv gözlənilir:  Müraciətlərin yarısına müsbət rəy verilib
  15 Mart 2021    Oxunub:2494
Əfv komissiyasının bu günə qədər 9 iclası keçirilib. Sonuncu iclas martın 17-də baş tutacaq. Bununla da komissiya işini yekunlaşdıracaq.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, indiyədək əfvlə bağlı 1000-dən artıq müraciətə baxılıb.
"Sonuncu iclasda müraciətlərə baxılacaq və müsbət rəy verilənlər toplanıb Prezidentə təqdim olunacaq", - deyən komissiya üzvü indiyədək müraciətlərin təxminən yarısına müsbət rəy verildiyini vurğulayıb.

"Çox güman ki, Novruz bayramına qədər növbəti Əfv sərəncamı imzalanacaq" - Rəşad Məcid qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Novruz   Əfv  






Xəbər lenti