Sumqayıtda 12 evdən oğurluq edənlər ələ keçdi

Sumqayıtda 12 evdən oğurluq edənlər ələ keçdi
  15 Mart 2021    Oxunub:1334
Sumqayıtda mənzillərdən silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti