“İsveçlə münasibətlərimiz inkişaf etməkdədir” - Ceyhun Bayramov

  “İsveçlə münasibətlərimiz inkişaf etməkdədir” -  Ceyhun Bayramov
  15 Mart 2021    Oxunub:1650
Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, siyasi dialoqun davam etdirilməsi, birgə maraq kəsb edən layihələrin müzakirəsi, o cümlədən yüksək səviyyəli səfərlər olduqca vacibdir.

“Bu baxımdan bu səfəri yüksək dəyərləndiririk. Ötən il ilk dəfə İsveçin Azərbaycanda rezident səfiri təyin olunub. Bu yaxınlarda Azərbaycanın İsveçdə səfirinin təyinatı nəzərdə tutulur”.

Azvision.az


Teqlər: CeyhunBayramov  



Xəbər lenti