ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

  ATƏT sədri:  “Bölgədə vəziyyət dəyişib”
  15 Mart 2021    Oxunub:1591
Bölgədəki vəziyyət dəyişib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında deyib.

O, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağdakı atəşkəslə bağlı bəyanatlarını alqışlayıb.

Linde ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioritetinin Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək olduğunu qeyd edib. XİN rəhbəri, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AnnLinde  



Xəbər lenti