“Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb” - Nazir
XİN başçısı deyib ki, bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Nazir əlavə edib ki, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana qaytardığı hərbi əsirlərin sayından dəfələrlə çox olub.
Onun sözlərinə görə, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra, daha dəqiq desək, 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:
“Həmin şəxslər Azərbaycan ərazisində cinayətlər törədiblər, mülki insanları və hərbçiləri öldürüblər. Onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi hallar qəbuelməzdir, üçtərəfli bəyanatın birbaşa pozulması deməkdir. Belə halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması olduqca vacibdir”.
C. Bayramov vurğulayıb ki, hətta indi də Ermənistan gecə vaxtı tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini mülki geyimdə Azərbaycana göndərməyə cəhd edir.
"Bu faktlar BMT Baş Assambleyasına da çatdırılıb. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ceyhun-Bayramov XİN







Vaxtında, Aydın, Lazımlı!


