Ermənistan müdafiə nazirinin müavini: “Müharibəyə hazır olmalıyıq”
Azvision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda heç kim birmənalı olaraq yeni müharibənin olacağını deyə bilməz.
"Son 30 ilin tarixini nəzərə alaraq, hər saniyə müharibəyə hazır olmalıyıq. İndi bu məsələni səsləndirməyə və panika yaratmağa ehtiyac yoxdur", - A.Sarkisyan deyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmanSarkisyan







Vaxtında, Aydın, Lazımlı!


