Gəncə-Daşkəsən yoluna qaya parçası düşüb

Gəncə-Daşkəsən yoluna qaya parçası düşüb
  15 Mart 2021    Oxunub:1188
Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

"Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub", - deyə AAYDA rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: AAYDA   Yol   Qaya-parçası  





Xəbər lenti