“BƏƏ inanır ki, xoşbəxt uşaqlar xoşbəxt ölkə deməkdir. Beləliklə, 2021-ci ilin BƏƏ “Uşaqlar Günü”nün mövzusu oyun hüququdur. Ümum Qadınlar Birliyinin sədri, Analıq və Uşaqlıq üzrə Ali Şuranın sədri, Ailə İnkişafı Fondunun Ali sədri Şeyxa Fatimə bint Mübarəkin göstərişləri altında hər il qeyd edilən bu günün məqsədi uşaqlar üçün oyunun vacibliyi barədə cəmiyyət üzvlərini maarifləndirməkdir.
Bu mövzunun əsas mesajı aşağıdakılardan ibarətdir: Oyun, uşaqların qidalanma, qorunma və təhsil kimi əsas ehtiyacları qədər eyni dərəcədə vacibdir. Oyun anadan olandan etibarən uşaq beyninin inkişafının əsas hissəsidir.
Oyun uşaqlar üçün lazımi həyat bacarıqlarını inkişaf etdirməyin və gücləndirməyin açarıdır
Oyun fiziki və zehni sağlamlığı təşviq edən əsas vasitədir və zorakılıq, istismar və laqeydlik qurbanı olan uşaqların inteqrasiyası üçün təsirli bir müalicədir.
BƏƏ uşaqlara qayğı göstərmək və onların əsas hüquqlarını qorumaq mərhələsindən gələcək nəsillərin gücləndirilməsi və gələcəyini formalaşdırma mərhələsinə qədər irəliləyib. Bu baxımdan, aşağıdakı link, bu gün üçün xüsusi olaraq Əmirlik fəaliyyətlərini öyrənmək üçün faydalıdır. https://ecd.gov.ae/".
Məqalədə vurğulanıb ki, BƏƏ-Azərbaycan ikitərəfli münasibətləri ildən-ilə müxtəlif sahələrdə, o cümlədən sosial məsələlərdə inkişaf edir. Beləliklə, BƏƏ-nin Bakıdakı səfirliyi öz növbəsində mütəmadi olaraq uşaqlara həsr olunmuş təşəbbüslər həyata keçirir. Ötən illər ərzində səfirlik cəmiyyətin kiçik üzvlərinə məktəb ləvazımatları hədiyyə edib, onları ziyarət edərək, ünsiyyətdə olub.
"Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə möhtərəm liderlərimizin yaratdığı dostluq körpüsünü möhkəmləndirməyə davam edirik", - səfirliyin məlumatında vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


