V.Behbudov bildirib ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Nazirlik tərəfindən bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.
2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib, ümumilikdə ötən dövrdə isə onlara 9250 mənzil və fərdi ev verilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


