Suriyanın XİN rəhbəri “qara siyahı”ya salındı
"Bu, onların müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməli olduqlarını anlamaq üçün edildi. Britaniya altı nəfərin ölkəyə girişini qadağan edəcək və aktivlərini donduracaq", - məlumatda vurğulanıb.
Sanksiyalar XİN rəhbəri F. Mikdad, prezident Bəşər Əsədin media əlaqələri üzrə müşaviri Luna al-Şibl, Britaniyanın "Əsədin maliyyəçisi" saydığı iş adamı Yasir İbrahim, iş adamı Məhəmməd əl-Katırcı, respublika Qvardiyasının komandiri general-mayor Malik Alya və Suriya ordusunun beşinci korpusunun komandiri general-mayor Zeyid Salaha tətbiq edilib.
"Bu şəxslər rejimin onurğa sütununun bir hissəsidir, Suriya xalqına qarşı represiyalara məsuldurlar. 10 illik şiddətdən sonra yarım milyondan çox insan öldü, 11 milyon sakin evlərini tərk etmək məcburiyyətində qaldı. Bütün infrastruktur, xəstəxanalara, məktəblərə hücum edildi".
Xatırladaq ki, Britaniyanın Suriya ilə bağlı sanksiya siyahısında 353 şəxs və təşkilat var.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: sanksiya







Vaxtında, Aydın, Lazımlı!


