Ölkədə 4 aydır davam edən siyasi böhranda rəhbərlik əleyhdarı nümayişçilər bu dəfə diqqəti baş nazirin ailə müəssisələrinə çeviriblər.
Nümayişçilər dünən səhər baş nazir Yinqlak Şinavatranın qardaşı oğlu və keçmiş baş nazir Taksin Şinavatranın oğlu Panfonqte Şinavatranın sahibi olduğu "Voice TV"-nin Banqkokdakı mərkəzi qarşısında Tailanda xas rənglərə boyanaraq fit çalıblar.
Qeyd edək ki, Tailandın baş naziri Yinqlak dünən paytaxta 150 kilometr uzaqlıqda bir bölgədən verdiyi açıqlamada heç vaxt istefaya getməyəcəyini bildirib.