“Məğlubiyyətimiz bu gün də davam edir” - Arutyunyan

 “Məğlubiyyətimiz bu gün də davam edir” -   Arutyunyan
  15 Mart 2021    Oxunub:3251
“Hazırda yaşadığımız böhran müharibə və rəhbərliyin ondan sonrakı davranışları ilə bağlıdır. Söhbət sosial-iqtisadi uğursuzluqlardan getmir. Biz dövləti itirmək təhlükəsi ilə üz-üzə qalırıq”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib. Onun sözlərinə görə, təhlükə göz qabağındadır, ermənilər vətəni və dövlətlərini itirirlər.

"Ölkəni belə bir vəziyyətə gətirən lider və siyasi qüvvə seçicilərin ona etibar etməli olduğunu deyə bilməz. Ermənistanın məğlubiyyəti müharibə bitəndən bu günə kimi davam edir. Mövcud vəziyyətdə iqtidarın fəaliyyəti ləğv edilməli və səlahiyyətli şəxslər qanun qarşısında məsuliyyətə cəlb edilməlidirlər. Bunu əxlaq, siyasi elmi və təhlükəsizlik normaları tələb edir. Ona görə də mənə erkən seçkilərin böhrandan çıxış yolu olduğunu söyləyəndə, bunun sadəcə bir aldatma olduğunu deyirəm", - deyə sabiq baş nazir vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Məğlubiyyət   Ermənistan  



Xəbər lenti