ABŞ-da koronavirusdan ölənlərin sayı 535 minə çatır

ABŞ-da koronavirusdan ölənlərin sayı 535 minə çatır
  15 Mart 2021    Oxunub:1621
ABŞ-da son sutka ərzində 37 669 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Birləşmiş Ştatlarda bir gündə virusa yoluxmuş 564 nəfər ölüb.

Ümumilikdə isə ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 29 439 277, ölənlərin sayı isə 534 890 nəfərə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ  



Xəbər lenti