Belarus XİN-dən Bakıdakı sabiq səfirin vəfatı ilə bağlı paylaşım

Belarus XİN-dən Bakıdakı sabiq səfirin vəfatı ilə bağlı paylaşım
  15 Mart 2021    Oxunub:1708
Belarusun Xarici İşlər Nazirliyi ölkənin tanınmış diplomatı, Azərbaycandakı sabiq səfir Gennadi Axramoviçin vəfatı ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Facebook” səhifəsində məlumat paylaşılıb.

Qeyd edilib ki, Gennadi Axramoviç Belarus diplomatiyasının formalaşmasına və inkişafına əhəmiyyətli töhfə verib:

"Üçüncü katibdən fövqəladə və səlahiyyətli səfir postuna qədər yüksəlib. Çalışqanlığı, dürüstlüyü, qətiyyəti ilə digər həmkarımızdan fərqlənirdi. "Vətənə xidmətə görə" III dərəcəli ordenlə və digər dövlət mükafatları ilə təltif olunub.

Ailəsinə və dostlarına dərin hüzünlə başsağlığı veririk. Gennadi Axramoviç diplomatiya ailəsinin yaddaşında və qəlbində əbədi qalacaqdır".

Xatırladaq ki, 2015-2020-ci illərdə Belarusun Azərbaycanda səfiri olmuş Axramoviç koronavirusdan vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  



Xəbər lenti