Pandemiya dövründə Moskvada infarktdan ölənlərin sayı artıb

Pandemiya dövründə Moskvada infarktdan ölənlərin sayı artıb
  16 Mart 2021    Oxunub:1704
Koronavirus pandemiyası başlanandan bəri Moskvada infarktdan ölənlərin sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə departamentinin baş kardioloqu Yelena Vasilyeva bildirib.

Onun sözlərinə görə, son vaxtlar yaşı 60-dan az və 90-dan çox olan şəxslər arasında infarktdan ölənlərin sayı artıb. Onların əksəriyyəti koronavirusa yoluxan xəstələrdir.

Həkim, həmçinin vurğulayıb ki, bəzi hallarda infarktın ölümlə nəticələnməsi koronavirus pandemiyası dövründə təcili yardımın gec gəlməsi ilə bağlıdır. Bu səbəbdən xəstələr miokardın partlaması simptomu ilə xəstəxanaya daxil olurlar.

Azvision.az


Teqlər: Pandemiya   Moskva   İnfarkt  



Xəbər lenti