“Onların bütün təbliğatı yalandır, tarixi saxtadır” - İlham Əliyev

   “Onların bütün təbliğatı yalandır, tarixi saxtadır” -    İlham Əliyev
  16 Mart 2021    Oxunub:2212
“Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstə qoymayıb. Görün yollar nə gündədir. Bu yollar 30 il ərzində asfalt görməyib”.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib: “Onların bütün təbliğatı yalandır. Bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar. Dırnaqarası "Arsax" dövləti. Cəhənnəmə getdi. Dövlət idisə, niyə daş daş üstə qoyulmayıb. Çünki bilirlər ki, torpaq onların torpağı deyil. Torpaq azərbaycanlıların torpağıdır”.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində paylaşıb.



Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Xocavənd  






Xəbər lenti