İlham Əliyev Xocavəndin Edilli kəndində - VİDEO

İlham Əliyev Xocavəndin Edilli kəndində -   VİDEO
  16 Mart 2021    Oxunub:3228
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər ediblər.

Azvision.az xəbər verir ki, səfər zamanı Prezident Xocavənd rayonunun Edilli kəndində olub.
“Durduğumuz yer Xocavənd rayonunun Edilli kəndidir. Ora isə Ağbulaq kəndidir. Qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağını işğalçılardan azad edib. Burada döyüşlər gedib. Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində paylaşıb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Xocavənd   Edilli  






Xəbər lenti