Ermənilər Xudavəng və Amaras monastrlarını ziyarət etdilər
Qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində rus sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər.
“Əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycanın hərbi qulluqçuları zəvvarları rus sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə maneəsiz buraxırlar. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir.
Xudavəng monastırı üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən Kəlbəcər ərazisindədir.
Rusiyalı sülhməramlıları Dağlıq Qarabağdakı sərhəd xəttinə yaxın olan Amaras monastrını ziyarət zamanı da erməni zəvvarların təhlükəsizliyini təmin edib”, - deyə məlumatda vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ Rusiya Ziyarət







Vaxtında, Aydın, Lazımlı!


