Bu gün hökumət hesabat verəcək

   Bu gün hökumət hesabat verəcək
  16 Mart 2021    Oxunub:2794
Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hökumət   Hesabat   Milli-Məclis  






Xəbər lenti