KİV: Paşinyan martın 23-dək istefa verəcək
Qəzetin məlumatına görə, son iki gündə baş nazir Nikol Paşinyan və “Vətəndaş razılaşması” partiyasının bir neçə tanınmış nümayəndəsi həm partiya elitası, həm də region qubernatorları, böyük şəhərlərin rəhbərləri ilə görüşlər keçirib.
Onlar hakimiyyətin, daha konkret olaraq yerlərdə Nikol Paşinyanın reytinqinin hansı həddə olduğunu öyrənmək istəyirlər.
“Konkret bir təlimat verilib - seçkilər də daxil olmaqla hadisələrin hər cür inkişafına hazır olmaq".
Qəzet, öz mənbələrinə istinad edərək Paşinyanın 23 mart tarixinə qədər istefa vermək qərarına gəldiyini, bəzi mənbələrə görə, fövqəladə hal olmazsa, bu gün və ya sabah da istefa verə biləcəyini yazıb. Belə halda Ermənistanda may ayında erkən seçkilər keçiriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan







Vaxtında, Aydın, Lazımlı!


