“Ötən il ölkəmizin valyuta ehtiyatları artıb” - Sahibə Qafarova

   “Ötən il ölkəmizin valyuta ehtiyatları artıb” -    Sahibə Qafarova
  16 Mart 2021    Oxunub:1968
Pandemiyaya baxmayaraq, ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib. Bu dövrdə ölkəmizdə sosial paket icra olunub, sahibkarlara vergi güzəştləri tətbiq olunub.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zaman deyib.

Spiker bildirib ki, pandemiya dövründə qeyri-neft sektorunun 11 faiz artması düşünülmüş siyasətin nəticəsində mümkün olub.

S.Qafarova qeyd edib ki, koronavirus və müharibənin xərclər tələb etdiyi bir şəraitdə düzgün siyasət nəticəsində ölkəmizin valyuta ehtiyatları qorununb saxlanılıb və hətta artırılıb.

MM sədri əlavə edib ki, Azərbaycan qazı artıq Avropa məkanına çatır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Spiker  






Xəbər lenti