Paşinyan Tsarukyanla razılığa gələ bilmir: Görüş təxirə salındı
Məlumata əsasən, buna səbəb Paşinyanın istefası ilə bağlı konsensusun olmamasıdır.
Qəzetin yazdığına görə, Tsarukyan şərt irəli sürüb. Belə ki, görüşün ardınca baş nazir istefasını elan etməlidir. Vasitəli danışıqlarda tərəflər artıq baş nazirin istefasından sonra "Çiçəklənən Ermənistan"ın bu vəzifəyə namizəd irəli sürməyəcəyi və Tsarukyanın müvafiq bəyanat verəcəyi barədə razılığa gəliblər.
"Lakin Paşinyan hələ seçkilərə gedib-getməyəcəyinə əmin deyil. Onun yenidən təxirə salınması mümkündür. Yeri gəlmişkən, "Mənim addımım" fraksiyasının deputatları ilə görüşdə erkən seçkilər keçirmək niyyətindən danışıb, ancaq dəqiq tarix təyin etməyib".
"Hraparak" iddia edir ki, seçkilərin tarixi - iyun ayının ilk şənbə günü - hakimiyyət nümayəndələri arasında müzakirə olunur. Paşinyanın komandası seçki kampaniyasından narahatdır. Baş nazir onlara kifayət qədər səs almaq üçün çox çalışmalı olduqlarını deyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: QaqikTsarukyan







Vaxtında, Aydın, Lazımlı!


