ATƏT sədri Ayvazyanla Qarabağı müzakirə etdi

ATƏT sədri Ayvazyanla Qarabağı müzakirə etdi
  16 Mart 2021    Oxunub:1405
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linden Ermənistanın XİN başçısı Ara Ayvazyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Tvitterdə yazıb.

O bildirib ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə edilib.

Linden İrəvana Bakıdan gedib. Onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyanla da görüşləri nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT  



Xəbər lenti